Yanğın təhlükəsizlik sistemlərinin layihələndirilməsi və yenidən təşkili

layiheYanğın təhlükəsizliyi nədən başlayır? Bu sualın cavabı yalnız birdir: yanğın təhlükəsizliyi mütəxəssislər tərəfindən hazırlanmış savadlı layihədən başlayır. Bu layihə normativ-hüquqi sənədlər əsasında və sifarişçinin maliyyə imkanları və arzuları nəzərə alınmaqla hazırlanır. Lakin bütün hallarda əsas sistemlərin təhlükəsizliyinə və etibarlılığına mütləq şəkildə riayət olunur və bu sistemlərin işinə hər hansı xələl gətirilməsinə yol verilmir. Ən yaxşı effekt isə konstruksiyanın yaradılması mərhələsində yanğın təhlükəsizliyi sistemlərinin layihələşdirilməsi zamanı əldə edilir.

Alovla bağlı təhlükəli vəziyyətin yaranmaması üçün ilkin olaraq layihədə bir sıra tədbirlər nəzərə alınır. Daha sonra, burada, yanğın baş verən zaman hadisə yerində olan insanların həyatlarının təhlükəsiz edilməsi və onların təhlükəli zonanı vaxtında tərk etməsi məsələsi həll edilir. Yanğın təhlükəsizliyi sistemi layihələrinin üçüncü tərkib hissəsi - alov və tüstü ilə effektiv mübarizə tədbirlərinin işlənib hazırlanmasıdır.

Layihələşdirmə zamanı konstruksiyaların oda davamlılığı, insanların təxliyyə (evakuasiya) yolları, yanğın əleyhinə vasitələrin dislokasiya yerləri və həmçinin, əsas yanğın təhlükəsizliyi sistemləri: avtomatik yanğınsöndürmə, yanğın siqnalizasiyası, avtomatik xəbərdarlıq, tüstünün çıxarılması, oddan müdafiə və s. təhlükəsizlik sistemləri nəzərə alınır.

Əgər bina artıq bir neçə onillər boyu istismar olunmuşdursa, deməli onun bütün yanğın təhlükəsizliyi sistemləri köhnəlmişdir. Bu halda belə binadakı sistemlərin yenidən təşkili və modernləşdirilməsi zərurəti yaranır. Əgər bu binanın otaqlarının quruluşunun dəyişdirilməsi və yaxud hansısa əsaslı təmiri baş vermişdirsə, onda təhlükəsizlik sistemlərinin yenidən təşkili məsələsi daha da aktuallaşır.

Obyektin yanğın təhlükəsizliyi sisteminin yenidən təşkili, bu obyektin tədqiq edilməsindən başlayır. Məqsəd isə belə obyekt üçün zəruri olan texniki şərtləri öyrənməkdir. Aparılmış tədqiqatın nəticələrinə görə yanğın təhlükəsizliyi sistemini müasir vasitələrlə gücləndirmək və ya bütün sistemi tamamilə dəyişmək barədə qərar qəbul edilir.

Yanğın təhlükəsizliyi sistemlərinin layihələşdirilməsi sadə məsələ deyildir. Layihələşdirmə çox böyük həcmdə ilkin məlumatın olmasını tələb edir. Bununla bərabər, layihələşdirmə həm də ən məsuliyyətli yanaşma tərzini istəyir. Axı layihənin keyfiyyətindən bütün yanğın əleyhinə kompleks tədbirlərin effektivliyi və ən başlıcası da, insanların həyatı və sağlamlığı asılıdır.