Şirkət haqqında

“Arsenal Yanğın Söndürmə Sistemləri” şirkəti 2014-cü ildə yaradılır. Şirkətin əsas fəaliyyət sahələrinə yanğın söndürmə sistemləri, yanğın mühafizə siqnalizasiyası və digər təhlükəsizlik sistemləri üzrə müxtəlif növ məhsul və xidmətləri təqdimi aid edilir. “Arsenal Yanğın Söndürmə Sistemləri” bir sıra yerli və xaric şirkətlərə əməkdaşlıq etməklə qısa zamanda əməkdaşlıq əlaqələrini genişləndirmişdir.

Yanğın söndürmə üzrə müxtəlif həll yolları və innovativ yanaşmalar təklif edən şirkət xidmət keyfiyyətinə əsas üstünlük verir. “Arsenal Yanğın Söndürmə Sistemləri” öncə qeyd olunan xidmət növlərinin təqdim olunması üzrə Azərbaycan Respublikası Fövqəladə Nazirliyi tərəfindən verilmiş xüsusi lisenziyalara malikdir.

"Arsenal Yanğın Söndürmə Sistemləri" MMC şirkəti müştərilərinə istehsalında son texnologiyalara əsaslanan və keyfiyyət standartlarına cavab verən Avropa və Amerika  şirkətlərinin məhsullarını təqdim edir. Beləki, “Arsenal Yanğın Söndürmə Sistemləri” MMC şirkəti Siemens  AG, Schrack-Seconet AG, Samsung Techwin, AES Corporation, MSA, Nedap, BSH İnternational Luft and Klima, Pyronix, TOA Electronics, Automatic Systems, ACİ FARFİSA İntercoms, Iveco Magirus Brandschutztechnik GmbH, Pojtexnika, Argus-Spektr, Poliservis, Fetaş, Mavili Electronics, Honeywell, Grundfos, Tyco İnternational Ltd, Eaton, Dalğıc, Multiguide GmbH, Mobotix AG, Aypro və başqa şirkətlərin Azərbaycanda tək və yeganə distributorudur. “Arsenal Yanğın Söndürmə Sistemləri” MMC şirkəti yalnız yüksək keyfiyyət sertifikatlarına malik olan avadanlıqları və bir çox tanınmış avropa firmalarının məhsullarını ölkəmizdə təqdim etməkdədir.