arqus-spektr

“Arqus-Spektr” firması – müxtəlif mürəkkəblik dərəcəsi olan obyektlər üçün mühafizə-yanğın cihazlarının və sistemlərinin, səsli xəbərdarlıq və yanğın avtomatikasının idarəedilməsi sistemlərinin, mühafizə-yanğın və həyəcan sinalizasiyası radiosistemlərinin, xəbərdarlıq göndərilməsi sistemlərinin, girişin nəzarəti və idarəedilməsi cihazlarının, inteqrə edilmiş komplekslərin hazırlanması və istehsalı üzrə ixtisaslaşmışdır.

1996-cı ildən etibarən “Arqus-Spektr” firması öz məhsullarına 5 illik zəmanət müddəti təyin etmişdir. Firma həmçinin ISO 9001:2000 və LPCB (Böyük Britaniya) keyfiyyət sertifikatlarına malikdir. “Arqus-Spektr” zəmanətli və servis xidmətini, texniki dəstəyi, buraxdığı məhsulların tətbiqi və istismarı üzrə bütün kateqoriyalardan olan rəhbər işçilərin və mütəxəssislərin təlimini həyata keçirir.

“Arqus-Spektr” firmasının yeni perspektiv məhsulu – “STRELES®” (СТРЕЛЕЦ®) mühafizə-yanğın və ünvan-analoq yanğın siqnalizasiyası professional radiosistemidir. “STRELES®” (СТРЕЛЕЦ®) radiosisteminin hazırlanması və tətbiqi üçün “Arqus-Spektr” firmasının mütəxəssisləri “Gənc alimlər arasında elm və texnika sahəsində Rusiya Federasiyası Hökumətinin Premiyası” laureatı adı ilə təltif edilmişlər. Bu gün “STRELES®” (СТРЕЛЕЦ®) radiosistemi Rusiya Federasiyasının, Avropa və MDB ölkələrinin bir şox yaşayış, kommersiya, təhsil və sosial əhəmiyyətli obyektlərində quraşdırılmış və istismar edilməkdədir.

http://www.argus-spectr.ru