dalgic

“Dalgıç Yangın” şirkəti yüksək keyfiyyətli yanğın əleyhinə və mühafizə sistemləri istehsal edir. “Dalgıç Yangın” şirkətinin məhsulları ölşü və çəkisi ilə digərlərindən fərqlənir. Məsələn, şirkətin məhsul çeşidi sırasında çəkisi təqribən 1 kq olan və avtomobildə istifadə üçün ideal yararlı olan odsöndürən vardır. Eyni zamanda, çeşiddə elə odsöndürənlər də vardır ki, sənaye müəssisələrində istifadə olunurlar. Onların çəkisi isə 250 kq-a yaxındır.

İstehsal olunan məhsulun digər növü – yanğın şkaflarıdır. Yanğın şkafları müxtəlif ölçülərdə, metal və ya şüşə qapılı, binanın daxilində və ya xaricində quraşdırılan ola bilirlər. Server otaqları və içərisində çox sayda elektrotexnika olan otaqlar üçün “Dalgıç Yangın” şirkəti FM200 qaz yanğınsöndürməsi sistemi yaratmışdır. “Dalgıç Yangın” şirkətinin məhsulları bütün dünyada evlərdə, xəstəxanalarda, otellərdə, avtomobillərdə, zavodlarda, gəmilərdə və s. yerlərdə istifadə olunur.

“Dalgıç Yangın” şirkəti üçün məhsulun keyfiyyəti və müştərilərə xidmət prioritet məsələdir. Şirkətin qarşısında duran vəzifə yüksək standartlar tələb edən müştərinin etibarını qazanmaq və bu etibarı doğrultmaqdır. Vəziyyətdən asılı olmayaraq “Dalgıç Yangın” şirkəti həmişə yüksək keyfiyyət və vicdanlılığa riayət edir.

“Dalgıç Yangın” şirkətinin Bakı, İstanbul, Bursa, İzmir və Antalya şəhərlərində nümayəndəlikləri vardır. Şirkət professionallığı əldə etmək yolunda böyük nailiyyətlər qazanmışdır. “Dalgıç Yangın” şirkətinin istehsal gücü ildən-ilə artmaqdadır. “Dalgıç Yangın” öz məhsullarına 2 il zəmanət verir və ən yüksək səviyyəli servis xidməti təklif edir. Bütün bunlarla bərabər şirkət həm də təyinatına müvafiq məlumat təqdim edir də yanğınsöndürmə və yanğın təhlükəsizliyi üzrə konsultasiyalar keçirir.

http://www.dalgicyangin.com/