Kamera nəzarət sistemləri
Video müşahidə kameraları rəqəmsal və analoq kameralarına bölünürlər.
Onların əsas fərqi: rəqəmsal kameralar bütövlüklə avtonom video müşahidə sistemləridir – kameralar kronadan, qəbuledici 5 voltlu noutbuk və ya kompyuterdən qidalanır.
Rəqəmsal kameraların üstünlükləri:
- sürəti (kamera kronadan, qəbuledici USB portdan)
- yüksək keyfiyyətli çəkiliş imkanları
- 4 ədədə qədər kameraların quraşdırıması
- hərəkət dedektorlarının olması (lyuks komplekt)
Analoq kameralarının üstünlükləri:
- qiymətinin münasib olması
- sistemin asan və qısa vaxt ərzində qoşulması
Rəqəmsal kameraların mənfi cəhətləri:
- yüksək qiymət
- qoşulması daha çox vaxt aparır
Analoq kameralarının mənfi cəhətləri:
- qəbuledici blok 220 voltdan qidalanır
- bir otaqda ikidən çox kameranın quraşdırılması kanalların yüklənməsi ehtimalını artırır
- məlumatları videomaqnitofona və ya kompyuterə yalnız əlavə cihazların köməkliyi ilə yazır
Naqilli kameraların hər biri gücləndiriciyə qoşulduqda naqilsiz ola bilər. Düz istiqamətdə videosiqnalın radiokanalla ötürülmə məsafəsi maksimum 3 km ola bilər. Lakin video təsvirin naqillər vasitəsilə ötürülmə məsafəsini transmiter video siqnal gücləndiricisi vasitəsilə artırmaq da olar (600 m qədər). Bu zaman video təsvir və kameranın qidalanması naqillər vasitəsilə “vitay cütlük”lə ötürüləcək.