Yanğın söndürmə cihazları

Yanğınların söndürülməsində yanğın söndürmə cihazlarından geniş istifadə olunur.  Yanğın söndürmə  cihazlarının müxtəlif növləri olsa da, onların hamısından yanğınların ilkin mərhələsində istifadə edilir. Yanğın söndürmə cihazının tipini potensial alışan maddənin tipinə və şəraitə uyğun olaraq seçilməlidir. Yanğın söndürən cihazlar , tez  istifadə olunacaq bir yerdə yerləşdirilməlidir.

Yanğın söndürmə cihazlarının  tipləri:

  • Sulu  yanğın söndürücülərin tərkibində olan su güclü təzyiqlə odun üzərinə vurulur və bir dəfə açılaraq, axıradək istifadə olunur.
  • Toz şəkilli maddələr olan yanğın söndürücülərin tərkibində natrium bikarbonat var. O, havada olan oksigenin yanan maddəyə çatmasına mane olur. İstənilən halda istifadə edilə bilər. Amma yadda saxlamaq lazımdır ki, yerə səpilmiş tozları səliqəli təmizləmək lazımdır. Bu tip yanğın söndürücülər həm effektivliyinə, həm də qiymətinə görə sərfəlidir, maşında rahat gəzdirilir. Amma nəzərə almaq lazımdır ki, bu cür yanğın söndürücülərdən qapalı yerlərdə istifadə etdikdə tənəffüs orqanlarına zərər vurmaq olar.
  • Köpük yaradan kimyəvi tərkibli yanğın söndürücülərin tərkibində olan kimyəvi maddələr hava ilə təmasa girdikdə karbonat anhidridi əmələ gəlir ki, o da yanan maddənin üzərini pərdə kimi örtür. Bundan başqa köpüyün maye hissəsi buxarlanır və istiliyi udaraq  yanacağı soyudur. Onlardan maşınların və texnikanın olduğu yerdə istifadə etmək olmaz.
  • Karbonatlı yanğın söndürücülərin tərkibində karbon anhidridi var. O, istənilən yanğın hadisəsi üçün idealdır və heç bir texnikanı və materialı korlamır. Karbon anhidridi elektrik keçiriciliyinə təsir etmədiyi üçün ondan elektrik cihazlarında, yüksək gərginlikli elektrik xətlərində olan yanğınlarda istifadə etmək olar. Balonda olan sıxılmış qaz istifadə zamanı  güclü soyudulma effekti yaradır, hissəvi olaraq quru buza çevrilməklə istiliyin çox hissəsini özünə çəkir. Bu yanğın söndürücülər zərər vermədiyi üçün onlardan şəkillərin, kitab, xalçalar və digər dəyərli əşyaların olduğu yerdə əminliklə istifadə etmək olar. Yanğın söndürücüdən xaric olan qaz toksiki deyil, amma boğulma yarada bilər. Buna görə də onlar istifadə olunduğu yerlərdə nəzarət altında olmalıdır.
  • Yanğın söndürücülərin daha bir növü universal vasitə olub yanan mayelərdə, düz olmayan səthlərdə (avtomobil mühərriki, mətbəə, yüksək gərginlikli elektrik cihazları, bahalı və mürəkkəb texnikalar, təyyarələr) yaranan yanğınlarda istifadə edilir. Bu  yanğın söndürücülər toksiki olduğu üçün havalanmayan mühitlərdə istifadə edilməməlidir. Bu tip  yanğın söndürücülər digər tiplərə nisbətən bahalı olduğu üçün az istifadə edilir.

İlkin yanğınsöndürmə cihazlarına aşağıdakılar aid edilir: yanğınsöndürmə balonları, yanğın söndürmə şitləri, yanğınsöndürmə şlanqları, yerüstü və yeraltı hidrantlar, köpük generatorları, avtomatik yanğınsöndürmə sistemləri, yanğın aksessuarları.

Brendlər