Obyektiv və dəhşətli statistikaya görə, yanğın zamanı baş verən hər beş ölüm hadisəsindən dördünün səbəbi yüksək temperatur yox, tüstü olmuşdur. Yanğın zamanı tüstü əksər hallarda istidən daha sürətlə yayılır. Bu tüstü göz qişası ilə təmasda olaraq, gözlərdə kəskin yandırıcı ağrıya, göz yaşının axmasına və hərəkətlərdə dezorientasiyaya səbəb olur. Bu zaman, hətta çox az miqdarda tüstünün udulması da orqanizmin toksikasiyasına (zəhərlənməsinə) və bunun nəticəsi kimi, huşun itirilməsinə gətirib çıxarır. Bundan başqa, bir çox hallarda yanğın gözlənilməz olur və bu da insanlar arasında çaxnaşma və qarışıqlıq salınması ilə sonuclanır.
Biz belə vəziyyətlərin nəticələrini ara-sıra müşahidə edə bilirik. Məsələn, bu yaxınlarda Rusiyanın Perm şəhərində yerləşən “Axsaq at” klubunda baş vermiş yanğın hadisəsi barədə bir çoxlarının xəbəri vardır. O zaman, yanğın qurbanlarının sayının çox olması, məhz qatı tüstü təbəqəsi yaranması səbəbilə meydana çıxmış çaxnaşma nəticəsində baş vermişdi. Qapalı məkanda zəhərli qatı tüstü içərisində olan insanlar orientasiyalarını itirmişdilər.
Məhz buna görə, tüstü ilə mübarizə - yanğın təhlükəsizliyinin təmin edilməsində ən mühüm məsələlərdən birinə çevrilmişdir. Bu gün bizim şirkətdə tüstünün çıxarılması və ya ləğv edilməsini diaqnozlaşdıran və fəallaşdıran mexanizmlər vardır. Bu mexanizmlərin təyinatı - otaqları bura dolmuş tüstüdən və kiçik kül hissəciklərindən tez bir zamanda təmizləməkdir. Tüstünün ləğv edilməsi sistemində yanğının alovlanması üçün kifayət etməyən, lakin insanın nəfəs alması üçün zəruri miqdarda olan oksigenin verilməsi də nəzərdə tutulmuşdur. Sistem elə quraşdırılır ki, yanğın baş vermiş obyektdəki insanların təxliyyə (evakuasiya) marşrutunda tüstünün çıxarılması ilə yanaşı, vizual görüntünü və nəfəs almanı təmin edə bilsin.
Tüstüyə nəzarət sistemi, tüstünün və alovun yayılmasının da qarşısını alır. Bu məsələnin həlli üçün, hazırlıqsız sahə və otaqlarda tüstü və alovun yayılması üçün ideal vasitə olan ventilyasiya boruları xüsusi çəpərlərlə təchiz edilirlər. Yanğınsöndürmə sistemi vasitəsilə idarə olunan bu çəpərlər həm təxliyyə olunan insanlar üçün marşrut yaradırlar, həm də bu təxliyyə marşrutunu tüstüdən təcrid edirlər.
Bütün bunlara əlavə olaraq, tüstülənməni müəyyən ərazinin sərhədləri çərçivəsində lokallaşdıran tüstüdən mühafizə pərdələri də vardır. Belə pərdələr yanğınsöndürmə və tüstü ləğvetmə qurğularının iş effektivliyini artırır. Bu da öz növbəsində yanğınsöndürənlərə əlavə imkanlar yaradır. Belə yanğınsöndürmə əməliyyatı, otağın yanğından sonrakı bərpasının minimal maliyyə xərclərinə başa gəlməsinə şərait yaradır.