1999-cu ildə MOBOTİX ilk dəfə olaraq atmosferə davamlı rəqəmsal videosensor və quraşdırılmış PC-li veb kamera hazırlayanda heç kim təsəvvürünə gətirə bilməzdi ki, bu video müşahidənin gələcəyinə necə təsir edəcək.
Kompyuter şəbəkəsi vasitəsi ilə video axının ötürülməsi video texnikasına 60 illik televiziya standartlarını qət etməyə, təsvirin meqapiksel keyfiyyətinə görə rəqəmsal fotokameraları ilə bir olmaq imkanını verdi. MOBOTIX indiyədək adi 288 sətr əvəzinə 1536 sətr ölçülü yüksək keyfiyyətli görüntülü video axınlı avadanlıqların yeganə istehsalçısıdır. Bu məhsullarda video məlumatlar səslə birlikdə qalır.
Yeni texnologiya hər tərəfdən daha istehsal potensiallı olmaqla başlıca olaraq iki üstünlüyə malikdir:ənənəvi video müşahidə texnikasından iqtisadi cəhətdən daha sərfəlidir, şəbəkə qoşulması və interqrasiya olunmuş prosessor hesabına daha da funksionaldı. Yüksək keyfiyyətli video kameraların istifadə olunması ilk növbədə ənənəvi istifadə olunan kameralardan fərqli olaraq özündə daha çox məlumatı əks etdirən və dəlil güclü kadrları saxlamağa imkan verir.
Lakin MOBOTİX video kameraları dünyada mövcud olan 95% analoqlu kameradan fərqli olaraq 30 dəfə da çox detalları təqdim edir. İstənilən tətbiqdə MOBOTİX kameraları bir neçə standart sistemi əvəz edir, çünki eyni göstəricili texnologiyalardan 4 dəfə çox görüntü genişliyinə malikdir.