Yanğın təhlükəsizliyinin təmin edilməsi – geniş bir tədbirlər kompleksidir. Bu kompleksin ən mühüm ünsürlərindən biri də monitorinq və yanğın vəziyyətinin yaranmasının xəbərdarlığı sistemidir. Sistemin məqsədi - alovlanma (tüstülənmə) ocağının tez bir şəkildə müəyyən edilməsi və bu barədə təhlükəli ərazidə olanların xəbərdar edilməsi, həmçinin yanğının söndürülməsinə başlayanların düzgün məlumatlarla təmin edilməsidir.
Bəzən elə fikirlər dolaşır ki, yanğın-mühafizə siqnalizasiyası vacib deyil və hətta hansısa adi bir mühafizəçi müvəffəqiyyətlə bütün profilaktik tədbirləri əvəz edə bilər. Bu fikirlər nəinki kökündən səhvdir, hətta çox təhlükəli və məhvedicidir. Axı nəzərə almaq lazımdır ki, hər hansı bir ştatdankənar vəziyyət hazırlıqsız adam üçün çıxılmaz ola bilər. Acı təcrübə göstərmişdir ki, tədbirlər rasional şəkildə hazırlanmadıqda, hadisə baş verən zaman hamı özünü itirir, xilas olunmaq üçün xaotik vurnuxmalar baş verir. Belə qeyri-peşəkar hərəkətlərin nəticəsi isə bir çox hallarda gözlənilməz olur və hətta ölümlə nəticələnə bilir.
Yanğın əleyhinə və yanğın profilaktikası üzrə müasir tədbirlərinin səviyyəsi insan resursu ilə heç müqayisə belə edilə bilməz. Əvvəlcə sistemin quraşdırılacağı obyekt, potensial yanma imkanları baxımından tədqiq edilir. Daha sonra mütəxəssislər başlayan yanmanı və yaxud partlayış təhlükəli qarışıqların sızmasını ilkin mərhələdə xəbər verən, qarşısını alan və ya aradan aparan prosedurları yerinə yetirirlər. Sifarişçinin istəyi ilə mütəxəssislər obyektin yanğın əleyhinə vəziyyətinə bütün sutka boyunca elektronikaya nəzarət rejimində müşahidə apara bilər.
Xəbərdaredici cihazlardan gələn bütün məlumatlar toplanaraq, məsafədən müşahidə pultuna göndərilir. Burada isə, hər an ölçmələr və hesablamalar aparan süni intellekt, təhlükə yarandığı halda dərhal qəza siqnalını işə salacaqdır. Belə bir sistem üçün insan faktorunun heç bir əhəmiyyəti yoxdur, bu sistem “bəlkə”yə ümidvar deyildir, bu sistem yatmır, bu sistem tüstü iyini başqa iylərlə qarışdırmaz, bu sistemi ələ almaq da mümkün deyildir. Beləliklə, bu sistem ilk təhlükə siqnalları alan kimi, işçi heyətin ilkin xəbərdar edilməsi rejimini işə salır və təhlükənin ləğv edilməsi protokollarını aktivləşdirir.
Xüsusi təlim keçmiş işçi heyət çevik reaksiya xidmətini məlumatlandırır. Çevik reaksiya xidməti isə öz növbəsində, yanğınsöndürmə komandalarının maşınlarını obyektə qədər müşayiət edilməsindən başlamış, yanğınsöndürmə dəstələrinin hərəkətlərinin koordinasiya edilməsinə qədər bütün məsələlər üzrə yanğın vəziyyətinin aradan qaldırılması istiqamətində planlı işlər görür. Bu xüsusi heyətin ixtiyarında obyektdə olan hidrantların, yanğın şkaflarının, su çənlərinin yerləri və yanğınsöndürən hissələrin buraya gəlib çatması üçün marşrutların sxemləri barədə məlumat bazası olur.
Belə sistemlərin mühafizə tərkibi öz sahibinin ixtiyarına mühafizə olunan obyektin tam təhlükəsizliyini təmin etməyə imkan verən məlumatı təqdim edir. Bu – bir intellektual sistemdir ki, biometriyaya (insanın şəxsiyyətinin tanınması) və insanın özünü aparma xüsusiyyətlərinə istinad edən siqnalları toplamağa və interpretasiya etməyə imkan verir. Bununla da obyektin və insanların həyatlarının kompleks mühafizəsini həyata keçirir.