Siemens

Onillər ərzində toplanmış ciddi iş təcrübəsi “Siemens” şirkəti barədə onun texnologiya və innovasiya dünyasında qaydaları müəyyən edən bir təşkilat olmasını iddia irəli sürməyə imkan verir. “Siemens” hal-hazırda 62000 qüvvədə olan patentin sahibidir. Şirkət daima keyfiyyət və ətraf mühitlə qarşılıqlı əlaqəsinin təmin edilməsi üçün bütün diqqətini ən yüksək avtomatlaşdırma səviyyəsi olan istehsal texnologiyalarına yönəltmişdir. “Siemens”-in avtomatlaşdırma sistemləri ISO 9001 standartına, ətraf mühitin idarəedilməsi sistemləri isə İSO 14001 standartına müvafiqdir.

“Siemens” şirkəti daima yanğınəleyhinə müdafiə sistemini optimallaşdırır. O, bütün dünya üzrə 40 milyondan çox detektor quraşdırmışdır. “Siemens” odadavamlılığın yoxlanması üzrə ən böyük laboratoriyalardan birinə malikdir. Həmçinin, 5000-dən çox yanğının yayılması xarakterli sınaq nəticəsi əldə etmişdir. “Siemens” həmişə öz partnyorlarının və onların müştərilərinin yanındadır. Elə bu səbəbdən də Yer kürəsinin hər hansı bir nöqtəsində dəstək və məhsul mövcudluğunu təmin edə bilir.

“Cerberus PRO (FS720)” – yeni nəsil yanğın siqnalizasiyası sistemidir. Bu sistem qabaqcıl texnologiyalardan istifadə edilməklə yaradılmış və ən yüksək təhlükəsizlik standartlarına cavab verir. C-WEB yanğın idarəetmə panelləri, terminalları və şəbəkə quruluşları EN54-2, EN54-4 və digər əlavə milli normativ sənədlərə müvafiq olaraq hazırlanmışdır. Bu elementlər FS720 yanğın siqnalizasiyası sisteminin nüvəsini təşkil edir. Sifarişçinin artıq mövcud olan sistemlərinə ən yüksək dərəcəli etibarlılıq və optimal adaptasiya isə FD720 (C-NET) intellektual periferiya qurğularının tətbiqi ilə əldə edilmişdir.

http://www.siemens.com