Schrack Seconet

“Sekuritas Qrup” müəssisəsi çərçivəsində yanğın təhlükəsizliyi sistemlərinin, həmçinin tibb müəssisələri üçün rabitə və hesablama sistemlərinin işlənib hazırlanmasında “Schrack Sekonet AG” şirkətinin aparıcı rolu vardır. “Schrack Sekonet AG” yeni araşdırmalara xüsusi diqqət ayırır. Belə ki, ümumi dövriyyənin 4,6%-ə yaxın həcmini şirkət elmi araşdırmalara və tədqiqatlara investisiya edir.

Tibb müəssisələrinin rabitə sistemləri üçün “Schrack Sekonet AG” bazara yeni məhsul – VİSOCALL-İP müasir şəbəkə sistemini təklif etdi. Bu sistem tibb personalı ilə pasientlər arasında ən müasir texniki səviyyədə etibarlı əlaqəni təmin edir. Yanğınəleyhinə avadanlıqlar arasında yenilik – MTD533 multisensor kombinə edilmiş xəbərdaridici cihaz və ən yeni “Integral Evolution” yanğın siqnalizasiyası və yanğın söndürülməsinin idarəedilməsi stansiyasıdır.

“Schrack Sekonet AG” təhlükəsizlik sistemləri istehsalçıları arasında ISO 9001 keyfiyyət sertifikatını almış ilk şirkətdir. “Schrack Sekonet AG” tərəfindən işlənib hazırlanmış “VİSOCALL PLUS” – tibb müəssisələri üçün rabitə sistemi isə dünyada birinci olaraq Avstriya Elektrotexnik Assosiasiyasının VDE 0834 standartına uyğun olan sertifikatını almışdır. VDE 0834 etibarlılıq və ətraf mühitə təsir aspektləri də nəzərə alınmaqla sistemlərin fəaliyyət göstərmə standartlarını müəyyən edir.

“Schrack Sekonet AG” şirkətinin mütəxəssisləri işlərin ən yüksək texniki səviyyədə yerinə yetirilməsini təmin edərək, layihənin həyata keçməsində yardım edirlər. Bu texniki yardım tibb müəssisələri üçün yanğın təhlükəsizliyi və rabitə sistemlərinin instalyasiyası və istismarında özünü göstərir. Sifarişçilərin sual və arzuları ciddi şəkildə təhlil edilir. Bu zaman obyektin spesifikasına və konkret sistemə xüsusi diqqət ayrılır. “Schrack Sekonet AG” həm texniki məsələləri, həm də sistemin etibarlılığı və təhlükəsizliyi məsələlərini əhatə edən ümumi bir həll təklif edir.

http://www.schrack-seconet.com