honeywell

Honeywell korporasiyası qlobal makro trendlər tərəfindən diktə olunan iki başlıca təhlükəsizlik və enerji effektivliyi məsələlərinin həll yolları üzərində işləyir. Şirkətin bütün dünya üzrə 132000 çox əməkdaşı var, onlardan 19 000 mühəndisdir. İstehsal olunan hər bir şeydə keyfiyyət , istifadəçi üçün yararlılıq, texnoloji müasirlik əsas şərtlərdir. İlk baxışda bir birinin əksin olan iki məqsədin istehsal artımı və inkişafı üzrə böyük nəticələr əldə etmişdir.

Xidmət keyfiyyəti və effektivliliyi təmin edən məqsədlərin həyata keçirilməsi alətləri şirkət daxili qlobal biznes proseslərdir. Bu proseslər hesabına daha tez və sifarişçi üçün daha az xərclər çərçivəsində qlobal səviyyəli məhsullar ortaya çıxır. Şirkətin fəaliyyət istiqamətləri : Aerokosmik texnika- Aerokosmik məhsul və xidmətlər müdafiə və kosmik sənayedə , vətəndaş və hərbi aviasiyada geniş istifadə olunur. Şirkətin başlıca məqsədi uçuşları təhlükəsiz, etibarlı, rentabelli və iqtisadi cəhətdən daha sərfəli olmasıdır.

İdarəetmə və avtomatizasiya sistemləri- Ətraf mühitə nəzarət avadanlıqları, mobil sistemlər, binaların idarə edilməsi sistemləri və eləcə də, təkrar istehsal sənayesi sistemləri. Məhsul assortimenti tez bir zamanda məlumatların əldə olunmasına və doğru istiqamətdə qərarların qəbul edilməsinə tam şərait yaradır. Artıq məhsullarımız 150 milyon yaşayış evində, 10 milyon ofis və ictimai binalarda, 5000-dən çox istehsal müəssisələrində istifadə olunur.

Yüksək keyfiyyətli material və texnologilar- Şirkət proqressiv material və texnologiyaların hazırlanması və istehsalı ilə məşğul olur, hazırlanan materiallar bio yanacağın alınmasını, neft emalı zavodlarında istehsalın artırılmasını, yeni dərman preparatlarının hazırlanmasını, medikamentlərin istifadə müddətinin uzadılmasını mümkün edir.

Nəqliyyat sistemləri- Nəqliyyat sistemləri bölümü maşınqayırma müəssisələri, istifadəçi və satıcılar üçün beynəlxalq səviyyəli texnologiya və həllər təqdim edir .