fetash
fetash

Fəaliyyətinin ilk günündən etibarən “Fetaş” şirkəti “Keyfiyyət” və “Müştərilərini razı salmaq” kimi prinsiplərə riayət etməkdədir. “Fetaş” firmasının məhsulları həm Türkiyədə, həm də ki, xaricdə həyata keçirilən iri layihələrdə istifadə olunur. Bu minvalla “Fetaş” yanğınəleyhinə məhsul sektorunda beynəlxalq markaya sahib olmağa müyəssər olmuşdur. Hal-hazırda isə şirkətin məhsullarının 50%-i ixrac olunur.

“Fetaş” şirkətinin tədqiqatlar və inkişaf laboratoriyası vardır. Bu laboratoriyada yeni layihələr, istehsal siklləri, davamlılıq, bərklik və keyfiyyət üzrə sınaqlar keçirilir. “Fetaş”ın bütün məhsulları yalnız keyfiyyəti yoxlandıqdan və bütün sınaqlardan keçdikdən sonra müştəriyə təqdim olunur. Eyni zamanda, şirkət daima məhsul texnologiyasında yeniliklər tətbiq edir. Məhsul istehsalı isə yüksək texnoloji avadanlıqdan istifadə etməklə kompüter sistemi üzrə həyata keçirilir. İxtisaslaşmış kadrlara malik olan “Fetaş” müştərinin tələbi ilə xüsusi konstruksiyalar istehsal etmək imkanına malikdir.

“Fetaş” şirkətinin yanğınəleyhinə məhsullarının istifadə sahəsi aşağıdakıları əhatə edir: sənaye sahəsində - kağız, plastmas istehsal edən zavodlar, parça, lak və boya fabrikləri, elektrostansiyalar, su anbarları, neft qurğuları və s.; sosial sahədə - ticarət və biznes mərkəzləri, hava limanları, metro, xəstəxanalar, idman zalları, kinoteatrlar, məktəblər və s.; yaşayış sahəsində - yataqxanalar, villalar, mehmanxanalar, mehmanxana kompleksləri və s.

Sizin yanğın təhlükəsizliyi baxımından olan ehtiyacınıza “Fetaş” şirkəti ixtisaslı kadrlarla və sübut olunmuş keyfiyyətlə cavab verəcəkdir. Şirkətin məhsulları həm stasionar, həm də mobil: *Su yanğınsöndürmə sistemləri, *Toz yanğınsöndürmə sistemləri, *Köpükəmələgətirən yanğınsöndürmə sistemləri - məqsədlər üçün istifadə olunur.

http://www.fetas.com/