nedap
nedap

“Nedap” – innovasiya-kommersiya şirkətidir. Artıq 80 ildən çoxdur ki, şirkətin müvəffəqiyyəti onun müştərilərlə və partnyorlarla maksimal uğurlu əməkdaşlıq etməsi üzərində əsaslanır. “Nedap” beynəlxalq bazarda local biznes-partnyorlar və satış ofisləri şəbəkəsi ilə geniş şəkildə təqdim olunmuşdur. Bunların hər birində “Nedap”-ın əməkdaşları yerində zəruri yardım və dəstək göstərə bilərlər.

“Nedap AEOS” – IP-texnologiya üzərində əsaslanmış çox güclü, istifadəçi üçün rahat bir girişə nəzarət və təhlükəsizliyin idarəedilməsi sistemidir. “Nedap AEOS”da sistemin funksional imkanları istifadəçinin arzusuna əsasən proqram təminatının xüsusi xəbərdaredici komponentlərinin köməyi ilə (quraşdırılan proqram təminatı) şəbəkənin bərabərhüquqlu qovşaqları arasında məlumatların ötürülməsi yolu ilə (“peet-to-peer” kommunikasiyalar) formalaşdırılır.

Bütün dünya üzrə iri şirkətlər artıq “Nedap AEOS” firmasının təhlükəsizliyin idarə edilməsi üzrə şəbəkə həllərinin istifadəsi zamanı öz obyektlərinin IT-strukturuna qoyulmuş investisiyaların optimallaşdırılması imkanlarını layiqincə qiymətləndirə bilmişlər. Bundan da başqa, “Nedap AEOS” obyektlərin bütün strukturunun təhlükəsizlik sistemi şəbəkəsinin tammiqyaslı təşkil edilməsi üçün inteqrə edilmiş platforma kimi IP-sistemdən istifadənin geniş imkanları yaradır. IP-texnologiyadan istifadə edərkən “Nedap AEOS” təhlükəsizlik sistemi həm indi, həm də gələcəkdə təhlükəsizlik üzrə Sizin bütün problemlərinizin etibarlı həllini təklif edir.

http://www.nedap-securitymanagement.com