![]() |
![]() “TOA” şirkəti səsli və kommunikasiya texnologiyalarının inkişafında qabaqcıl mövqelərdən birini tutur. Şirkətin fəaliyyətinin əsas istiqaməti mürəkkəb mühəndis avadanlığının istehsalı və satışı və həmçinin bu avadanlığa sonrakı servis xidmətinin göstərilməsidir. “TOA” şirkətinin məhsullarının siyahısı çox genişdir. Buraya musiqi təyinatlı gücləndiricilərdən və akustik sistemlərdən başlamış, səsqarışdıranlar, telsiz mikrofon sistemləri və səsin gücləndirilməsində tətbiq olunan rəqəmsal prosessorlara, həmçinin daxili rabitə sistemlərinə qədər müxtəlif avadanlıqlar daxildir. “TOA” şirkətinin istehsal etdiyi əsas avadanlıqlar aşağıdakılardır: Hər hansı bir xəbərdarlıq sistemlərinin tətbiqinə başlıca tələb – səsin aydınlığının yüksək səviyyəsi və yaxşı keyfiyyətidir. “TOA” şirkətinin avadanlığı bütün bu tələblərə cavab verir. |