tyco

“Tyco International Ltd” şirkəti ABŞ hökuməti üçün təcrübə işləri aparmaq niyyətilə 1960-cı ildə elmi-tədqiqat laboratoriyası kimi təsis edilmişdir. Biznesin bünövrəsi kimi əvvəlcə “Tyco” laboratoriyası götürülmüş, sonra isə bu laboratoriya kommersiya sektoru üçün yüksək texnologiyalar və energetika konversiya məhsulları əsasında materialşünaslıq mərkəzinə çevrilmişdir. 1964-cü ildə şirkət haqqında geniş məlumat yayılmağa başladı. 1965-ci ildə isə firma inkişaf və bölüşdürmə şəbəkəsində boşluqları doldurmaq üçün başqa şirkətləri almağa başladı. Nəticədə, “Tyco” sənaye məhsulları istehsalına modifikasiya olundu, bu istehsala keçdi.

“Tyco International Ltd” – müxtəlifsektorlu beynəlxalq şirkətdir. Şirkət dünyanın 60-dan çox ölkəsini zəruri avadanlıqla təmin edir. “Tyco International Ltd” qabaqcıl elektron təhlükəsizliyi və yanğından mühafizə məhsullarının, həmçinin aşkaretmə, klapan və idarəetmə sistemlərinin istehsalçısıdır. “Tyco” müxtəlif brendlərin işini gücləndirərək, istismar üstünlüyünü stimullaşdıraraq bununla da yeni texnoloji həlləri təmin edir. “Tyco International Ltd” işğüzar münasibətlərin ən yüksək təcrübə standartlarını biruzə verir ki, bu da “Tyco”nun uzunmüddətyli inkişafını və müvəffəqiyyətini stimullaşdıracaqdır.

http://www.tycofireandsecurity.com