magirus logo“Iveco Magirus AG” şirkəti Almaniyanın Ulm şəhərində yerləşir və yük maşınlarının və avtobusların istehsalı ilə məşğul olur. Şirkətin istehsal etdiyi bu nəqliyyat vasitələri ən mürəkkəb şəraitdə işləmək iqtidarında olaraq, yüksək texniki standartlara cavab vermək reputasiyasına malikdirlər.

“Iveco Magirus AG” şirkəti həmçinin “Magirus Leiter” olaraq dönən lülə nərdivanını kəşf etmişdir. Çox tezliklə bu unikal kəşf bütün dünyada yanğınsöndürənlər komandasının əsas avadanlıqlarından birinə çevrildi. 1975-ci ildə “Iveco” şirkəti “Magirus”u aldı və yük avtomobilləri “Iveco Magirus” adı altında istehsal olunmağa başladılar. “Iveco Magirus AG” yanğınsöndürmə avadanlığı istehsal edən aparıcı şirkətlərdən biridir.

Yanğınsöndürmədə istifadə olunan yük avtomobillərinin əsasını “İveco” istehsalı olan şassi və mühərriklər təşkil etməsinə baxmayaraq, yanğınsöndürmə avadanlığının quraşdırılması üçün digər yük maşınları istehsalçılarının da platformalarından istifadə olunur. Lakin, “Iveco Magirus AG” şirkətinin istehsalı olan “Magirus Iveco Magirus” dönən lülə nərdivanı dünya bazarının tayı-bərabəri olmayan lideridir.

“Magirus” yük avtomobillərinin çoxu həmçinin “Magirus Deutz” adı altında da tanınır. Çünki, maşınların hava soyutma sistemli mühərriki “Deutz AG” zavodundan gəlir. Belə mühərriklərdən kənd təsərrüfatında və dəniz nəqliyyatı vasitələrində də istifadə olunur.

http://www.iveco-magirus.de/