autom-system
automatic-systems

“Automatic Systems” firması - girişə avtomatlaşdırılmış nəzarət üçün avadanlıq istehsalı üzrə liderlərdən biri olan “IER” şirkətlər qrupuna daxildir. “Automatic Systems” şirkəti 1969-cu ildə təsis edilmişdir. Elə həmin andan başlayaraq şirkət böyüməsini dayandırmamış və genişlənməkdə davam etmişdir.

40 illik fəaliyyət təcrübəsini əsas tutan şirkət ödənişli keçid nəzarəti üçün (ictimai nəqliyyat, yollar) avadanlıqlar, həmçinin müəssisələrin, ofis və inzibati binaların keçid zonalarında quraşdırmaq, müxtəlif obyektlərin keçid sistemləri tərkibində (limanlar, aeroportlar, yüksək giriş təhlükəsizliyi təmin olunmalı obyektlər və s.) yolu kəsən qurğular qismində istidə edilmək üçün avadanlıqlar işləyib hazırlayır və istehsal edir.

“Automatic Systems” şirkətinin törəmə müəssisələri bütün dünyaya yayılmışdır. Şirkətin hətta beynəlxalq distribütorlar şəbəkəsi də mövcuddur. “Automatic Systems” şirkəti 6 beynəlxalq ofisə malikdir ki, onlar da Belçika, Fransa, İngiltərə, İspaniya, Kanada və ABŞ-da yerləşirlər. Şirkətin həmçinin, Belçikada – 3, Kanadada – 1 zavodu fəaliyyət göstərir, dünyanın 60 müxtəlif ölkəsində isə 115000 vahid avadanlığı quraşdırılmışdır. Dünyanın 40-dan çox şəhəri keçidə nəzarət nəqliyyat sistemləri ilə təchiz olunmuşdur.
“Automatic Systems” şirkəti keyfiyyətin fasiləsiz şəkildə yüksəldilməsi sistemini tətbiq etməkdədir. Buraxılan məhsulun keyfiyyəti sahəsində müştərilərin arzularını təmin etməklə yanaşı, şirkətin inkişafına və yeniliklərin tətbiqinə nəzarət edən idarəetmə sistemi də yaradılmışdır.

40 illik təcrübəyə əsaslanaraq şirkət  pullu əsaslı giriş məhdudlaşdırıcıları ( ictimai nəqliyyat sistemləri, magistrallar və s.) və mühafizə məqsədli giriş məhdudlaşdırıcıları (bina, immiqrasiya nəzarıti və s.) təklif etməkdədir:

  • nəqliyyat vasitələrinin girişini məhdudlaşdıran mühafizə avadanlıqları
  • piyadaların mühafizəsinə nəzarət
  • sərnişinlərin girişini məhdudlaşdıran mühafizə avadanlıqları
  • beynəlxalq iştirak

http://row.automatic-systems.com/