mavili
mavili

İstehsal etdiyi avadanlığın təkmilləşdirilməsinə və təqdim etdiyi məhsul və xidmətin keyfiyyətinə verilən diqqətin nəticəsində “Mavili Elektronik Sanayi ve Ticaret A.S.” şirkəti çox sürətlə yüksəlmiş və öz sahəsində professional olan aparıcı şirkətlər sırasında yer tutmuşdur. “Mavigard” və “Maxlogic” adı altında olan avadanlıqlar ildən-ilə daha çox təsisat ölkəsindən kənarda – xarici ölkələrdə, o cümlədən, Azərbaycanda öz tətbiqatını tapmaqdadır.

“Mavili Elektronik Sanayi ve Ticaret A.S.” şirkəti Böyük Britaniyanın sertifikasiya üzrə nüfuzlu LPCB (Loss Prevention Certification Board) orqanının ISO 9001:2008 sertifikatının sahibidir. “Mavili” şirkətinin konstruktor bürosunun, keyfiyyətə nəzarət üzrə şöbələrinin və yanğın testi laboratoriyasının mövcudluğu ona EN 54, TSE (Türkiyə standartı), YTSS (Yanğın Təhlükəsizliyi sahəsində Sertifikasiya Sistemi), QOST R (Rusiya Dövlət standartı), 89/336/EEC EMC (elektromaqnit uyğunluq üzrə direktiv – Avropa Birliyi norması) kimi standartlara müvafiq olan yeni və daha yaxşı avadanlıq hazırlamağa imkan verir.

“Mavigard” və “Maxlogic” avadanlıqlarının Qazaxıstanda, Omanda, Bəhreyndə, BƏƏ-də tətbiq olunma icazəsi vardır. Rusiya Federasiyasının ekoloji, texnoloji və atom nəzarəti üzrə Federal Xidməti “Mavigard” qaz xəbərdaredicilərinin tətbiq edilməsinə razılıq vermişdir. Sifarişçinin qarşılaşdığı hər bir problem “Mavili Elektronik Sanayi ve Ticaret A.S.” şirkəti tərəfindən çevik istehsal imkanları ilə, texniki dəstəklə, tədrislə və həmçinin ehtiyat hissələrinin vaxtlı-vaxtında təminatı ilə həll edilir. Bütün bunların nəticəsində isə hal-hazırda dünya üzrə 30000-dən çox obyektdə “Mavili Elektronik” şirkətinin yanğın və qaz siqnalizasiyası sistemləri qurulmuşdur.

http://www.mavili.com.tr