“Qış Bulvarı”

hs 5335 “Qış Bulvarı” yeraltı avto dayanacağı

Yeraltı dayanacaq 4500 avtomobil tutumuna, bundan əlavə 37 avtomobil tutumu olan xüsusi bölməyə malikdir. Burada, həmçinin avtoyuma məntəqələri də fəaliyyət göstərir. Dayanacaq üç mərtəbəlidir və ümumi sahəsi 21 hektardır. Mərtəbələrdən ikisi avtomobil dayanacağı, biri isə texniki mərtəbədir. Texniki mərtəbədə digər qurğularla yanaşı, 1200 kubmetr tutumu olan 8 su hovuzu da yerləşir. Yeraltı dayanacaq müasir avadanlıq və sistemlərlə təchiz edilmişdir. Burada ən müasir havalandırma, yanğından mühafizə və təhlükəsizlik sistemləri quraşdırılmışdır. Park etmə sistemi Arsenal yanğınsöndürmə Sistemləri MMC şirkəti tərəfindən icra olunub.