Heydər Məscidi

mescidLayihə üzrə yeni məscidin ümumi sahəsi 4 min m2 təşkil edir. Ucaldılacaq 4 minarənin hər birinin hündürlüyü 72, baş günbəzin hündürlüyü 55, ikinci günbəzin hündürlüyü isə 35 metr olacaqdır. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənəcəkdir. Kompleksin daxilində isə tamamlama-bəzək işlərində mərmərdən və taxtadan istifadə olunacaqdır. Məscid kompleksinin həyətində 80 avtomobil üçün dayanacağın yaradılacağı da nəzərdə tutulur.

Arsenal yanğınsöndürmə Sistemləri MMC şirkəti avtomatik sulu söndürmə sistemi, ünvanlı yanğın siqnalizasiyası, video nəzarət sistemi, səsləndirmə sistemləri, havalandırma sistemləri, isitmə və soyutma sistemlərini, istiqamət lövhələrinin quraşdırılması kimi xidmətləri icra etmişdir.