Balaxanı zibil emalı zavodu

2009-cu ildə Fransanın CNİM S.A. şirkəti tərəfindən tikintisinə başlanan Balaxanı zibil emalı zavodu Balaxanı qəsəbəsində 10 ha ərazidə yerləşir. “Təmiz şəhər” ASC məişət tullantılarının toplanması, emalı və utilləşdirilməsi üzrə müasir standartlara uyğun vahid sistemin yaradılması məqsədi ilə prezident İlham Əliyevin 6 avqust 2008-ci il tarixli sərəncamı ilə yaradılıb.

Fransa şirkəti 500 min tona yaxın məişət tullantısının yandırılması üçün nəzərdə tutulmuş iki xətt inşa edib. Bundan başqa zavodda hər il 230 meqavatt elektrik enerjisi istehsal edə bilən turbinlər quraşdırılıb. Zibilin yandırılması nəticəsində əmələ gələn şlam yol tikintisində istifadə olunacaq.

Arsenal yanğınsöndürmə Sistemləri MMC şirkəti çox illik təcrübəsində bir çox strateji obyektlərin təhlükəsizlik sistemlərinin təmin olunması işini yerinə yetirmişdir. Balaxanı zibil emalı zavodunda “ Arsenal Yanğın Söndürmə Sistemləri” şirkəti tərəfindən yanğın siqnalizasiya sistemləri quraşdırılmışdır. Yanğın siqnalizasiyası vasitələri yanğının ilkin mərhələdə aşkar edilməsi və yanğının yaranma vaxtı və məkanı haqqında həyəcan siqnalını ötürmək və lazım olarsa avtomatik söndürmə və tüstüsovurma sistemlərinin işə salınmasıdır. Yanğın siqnalizasıyası yanğının ilkin əlamətlərinə (tüstü, istilik, alov) reaksiya verir.