Avto dayanacaq sistemləri

avto-parkingAzərbaycanın ən böyük təhlükəsizlik şirkəti olan “Arsenal Fire Fighting Systems” müştərilərinə yeni xidmətlər təqdim etməkdə davam edir. Azərbaycan üzrə bir sıra böyük layihələrdə təhlükəsizlik sistemlərini təqdim edən şirkət nəqliyyat vasitələrinin və nəqliyyat yollarının yükünün artdığı bir zamanda avto nəqliyyatın park olunması üçün müasir həllər, yeni “Avto dayanacaq sistemləri” xidmətini təklif edir.

Avto nəqliyyatın park olunma sistemi özü üç alt sistemdən ibarətdir: nəqliyyat vasitələrinin giriş məhdudlaşdırıcı, ödəmə nöqtələri və naviqasiya sistemləri. “Arsenal Fire Fighting Systems” şirkəti bu xidməti reallaşdırmaq üçün bu sahə üzrə kifayət qədər təcrübəsi və keyfiyyəti olan şirkətlərlə əməkdaşlıq edir.

“Arsenal Fire Fighting Systems” şirkəti avto dayanacaq sahəsinə avtomatlaşdırılmış giriş məhdudlaşdırılması sistemləri üzrə 40 illik təcrübə əsasında pullu girişə nəzarət avadanlıqları istehsal etməklə, bazarda lider mövqeyini tutan “Automatic Systems” ilə əməkdaşlıq edir. Avto dayanacaq sistemlərində ödənişlərin həyata keçirilməsində “Parking Time” şirkətinin avadanlıqlarından istifadə olunmuşdur. Şirkətin əsas fəaliyyəti ödənişli park olunma sistemlərinin reallaşdırılmasıdır. Park olunma sistemləri müxtəlif səviyyəli avtomatlaşdırma dərəcəsinə malik olmaqla aşağıdakı həlləri təklif edir:

  • Park olunmanın təhlükəsiz həyata keçirilməsi
  • Video müşahidə kamerası vasitəsi ilə nəqliyyat vasitəsinin xarici görünüşü və dövlət qeydiyyatı nişanının yadda saxlamaq imkanı
  • Nəqliyyat vasitəsinin dayanacaq sahəsini tərk etdiyi zaman identifikasiya olunması
  • Dayanacaq sahəsində xüsusi işıqfor və cihazlarla hərəkətin tənzimlənməsi
  • Pul vəsaitlərinin daxil olunmasına nəzarət
  • Personalın qərəzsiz xidmət göstərməsinə və daxil olan pul vəsaitlərinin izlənməsi üçün üçün avtomatik kassa

Avto dayanacaq üzrə daha asan park olunma üçün “Arsenal Fire Fighting Systems” müasir həll, naviqasiya sistemlərini təqdim edir. Bu sahə də o “MultiGuide” şirkəti ilə əməkdaşlıq edir. Təqdim olunan sistem aeroport, vağzal, nəqliyyat qovşaqlarında, əyləncə,biznes və ticarət mərkəzlərində, mehmanxanalarda, müxtəlif səviyyəli biznes qurumlarında istifadə oluna bilər.”Arsenal Fire Fighting Systems” şirkəti tərəfindən xidmət tam şəkildə təqdim olunur.