Girişə Nəzarət Sistemi

Giriş və çıxışa nəzarət sistemləri xidmət məkanlarına icazəsiz giriş-çıxışın qarşısını alır, qonaqların, işçi personalın iş zamanı hesabatını aparmağa imkan verir. Bütün hadisələr (giriş,çıxışı) hesabat halında təhlükəsizlik xidməti çərçivəsində avtomatik qeydə alınır.

Nəzarət sisteminin və girişin idarəsi platformasında tez-tez , mühafizə-yanğın siqnalizasiyası, videomüşahidə, girişin məhdudlaşdırılması, binaların həyati təminatı sistemlərini vahid kompleksdə birləşdirən inteqrallaşdırılmış sistemlər yaranır. Nəzarət edilən keçid nöqtələri elektromaqnit qıfıllar, turniketlər, şlaqbaumlarla təchiz olunur. Keçidin icazəsi və qeydiyyatı kartların, brelok və biometrik məlumatların xüsusi oxuyucu qurğularda eyniləşdirilməsinə əsaslanır. Sadə sistem nəzarəti domofonların, elektron qıfılların və giriş qapısında kod panellərin köməyiylə də quraşdırıla bilər.

Giriş və çıxışa nəzarət sistemləri üçün yeni texnologiyalar hal hazırda bu istiqamətlər üzrə inkişaf edir: biometrik eyniləşdirmə və təmassız smart kartlar. Təmassız smartkartlar mikroprosessor və yaddaş kartıyla təchiz olunmuşdur.Onlar mürəkkəb kodlama alqoritminin hesabına yüksək giriş çıxış sisteminə daha yüksək nəzarət təhlükəsizliyi təmin edir.

Girişə nəzarətin biometrik sistemində identifikator kimi insanın biometrik məlumatlarından istifadə edilir. (barmaq izi, göz retinası, əlin həndəsi quruluşu və s.) Bizim mütəxəssislər sizə giriş çıxışa nəzarət sistemləri üçün düzgün avadanlıq seçməkdə və sizin layihənizi reallaşdırmaqda kömək edəcəklər.

 

BİZİMLƏ ƏLAQƏ

address Bakı ş.,  Zaur Kərimov 424, Bakı ş., Azərbaycan

phone (+994 12) 434 30 33 / (+994 12) 434 43 17 / (+994 50) 278 18 81

fax  info@arsenalfire.az

Facebook-Circle-48   youtube-bottom   Googleplus