Fərdi Mühafizə Vasitələri

ferdi-muh ss

Əməyin yüksək məhsuldarlığı üçün əmək prosesinin düzgün müəyyənləşdirilməsi və işçilərin onlara komfortlu iş üçün lazım olan hər şeyi əldə etməsi mütləqdir. Arsenal şirkəti yüksək keyfiyyətli, aşınmaya davamlı materialdan hazırlanmış uniformalar təqdim edir. Şirkətimizin təklif etdiyi geyimlər fərqli fəaliyyət sferaları üzrə tikilir və qızmar, küləkli havada maksimum komfortu təmin edir. İş uniformasının vacib məqamlarından biri rahat və təhlükəsiz iş ayaqqabılarıdır. Şirkətimizin kataloqunda işçi ayaqqabıları, əlcəkləri və kaskları fəaliyyət sahələrinə uyğun olaraq geniş çeşiddə təqdim olunub.

Kamera Nəzarət Sistemi

kamera nez s

Bu sistem yerli və coğrafi paylanmış obyektlərdə video müşahidənin təşkili üçün proqramlaşdırılmış aparat kompleksidir (videokameralar, linzalar, monitorlar, qeydedicilər və. s  avadanlıqlar). Kameraya nəzarət sistemi yalnız cinayətkarlardan müdafiə məqsədli deyil, həmçinin ofisdə, anbarda, mağazada, istənilən yerdə fəaliyyətə, ziyarətçi və işçilərə nəzarət üçün də əlverişlidir. Video müşahidələr fərqli forma və tiplərdə olur. İnteqrə edilmiş təhlükəsizlik sistemləri fərqli yerlərdə ortaq mərkəzi idarəetməylə inşa edilə bilər.

Domofon Sistemi

domofon ss

Bu sistemlərin əsas üstünlüyü  onların çox funksiyalı və geniş imkanlara malik olmalarıdır. Sistem istehsalatda, inzibati müəssisələrdə,  ticarət obyektlərində, tədris mərkəzlərində  terminallarda, tikililərdə -tunellərdə, elektrik stansiyalarında, qazanxanalarda və yaşayış evlərində quraşdırıla bilər.

Girişə Nəzarət Sistemi

intercom

Giriş və çıxışa nəzarət sistemləri xidmət məkanlarına icazəsiz giriş-çıxışın qarşısını alır, qonaqların, işçi personalın iş zamanı hesabatını aparmağa imkan verir. Bütün hadisələr (giriş,çıxışı) hesabat halında təhlükəsizlik xidməti çərçivəsində avtomatik qeydə alınır.

Nəzarət sisteminin və girişin idarəsi platformasında tez-tez , mühafizə-yanğın siqnalizasiyası, videomüşahidə, girişin məhdudlaşdırılması, binaların həyati təminatı sistemlərini vahid kompleksdə birləşdirən inteqrallaşdırılmış sistemlər yaranır. Nəzarət edilən keçid nöqtələri elektromaqnit qıfıllar, turniketlər, şlaqbaumlarla təchiz olunur. 

 

Palata Çağırış Sistemi

girise nez s

Palata Çağırış Sisteminin əsas məqsədi tibb bacılarının kömək lazım olan pasientlərə etibarlı və vaxtında çağırışını təmin etməkdir. On ildən artıq inkişaf təcrübəsinə malik tibbi personalı çağırış sistemi  səs sistemi müasir professional sistemlərdə işləməyə imkan verir. Sistemin köməkliyiylə siz müəssələri  çoxfunksiyalı sertifikatlaşdırılmış xəstəxana səs sistemləriylə təchiz edə bilərsiniz.

Avtomatik Yanğınsöndürmə

sprk s

Şirkətimiz tərəfindən təqdim olunan avtomatik yanğın söndürmə sistemlərinə köpüklü, qazlı, sulu və sisli avtomatik yanğın söndürmə sistemləri daxildir.  Mühafizə edilən obyektdən, daxili əşyalardan və iş fəaliyyətindən  asılı olaraq  müxtəlif sistemlər tətbiq edilə bilər. Təqdim etdiyimiz sistemlərdə beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli avadanlıqlardan istifadə edilir.

Yanğın Siqnalizasiyası

yangin siq s

Elektronik sirenlər - yanğın zamanı yüksək səs və ya işıq vasitəsi ilə ətrafda olan insanlara xəbərdarlıq edən cihazlardır.

Yanğın həyəcan düyməsi - yanğın zamanı “manual” olarak basılaraq həyəcan verilir.

Yanğının aşkarlanması Dedektoru - tüstü, isti, alov gələn siqnalları nəzərə alıb xəbərdarlıq vasitələrini aktiv hala gətirir.

İlkin Yanğınsöndürmə Vasitələri

yanginsondurme S

İlkin yanğın söndürmə cihazlarına aşağıdakılar aid edilir: yanğın söndürmə balonları, yanğın söndürmə şitləri, yanğın söndürmə şlanqları, yerüstü və yeraltı hidrantlar, köpük generatorları, avtomatik yanğın söndürmə sistemləri, yanğın aksesuarları.

Yanğın hidrantları yanğın söndürmə vasitələrindən biri olub daha çox fabriklərdə, depolarda, binalarda istehsal qovşaqlarında, ayrıca şəhər və qəsəbələrdə yanğına birbaşa müdaxilə nöqtələrində istifadə olunur.

Metan Qazı Siqnalizasiyası

metan ss

Şirkət tərəfindən təqdim olunan xidmətin başlıca məqsədi obyektdə olan havada metan qazının səviyyəsinə nəzarət etmək, göstərici səviyyəsi artdıqda, dərhal həyəcan siqnalını işə salmaqdır.
Həyəcan siqnalının işə düşməsi ilə bərabər digər təhlükəsizlik sistemləri də aktivləşir, məsələn, havalandırma sistemi. Metan qazının səviyyəsinin artmasının başlıca mənbələri nəqliyyat vasitələridir, bu səbəbdən, metan qazı siqnalizasiya sistemləri avtodayanacaqlarda, tunellərdə və bu tip obyektlərdə daha geniş istifadə edilir.

Mühafizə Siqnalizasiyası

muh siq s

Mühafizə siqnalizasiyasının başlıca məqsədi,  mühafizə olunan ərazi və ya obyektdə baş verə biləcək hadisənin qarşısının alınmasına yardım etməkdən, həyəcan siqnalının işə salınmasından və vaxtında məlumatın ötürülməsindən ibarətdir. Mühafizə siqnalizasiyası müxtəlif sistemlər üzrə işləyə bilər.

BİZİMLƏ ƏLAQƏ

address Bakı ş.,  Zaur Kərimov 424, Bakı ş., Azərbaycan

phone (+994 12) 434 30 33 / (+994 12) 434 43 17 / (+994 50) 278 18 81

fax  info@arsenalfire.az

Facebook-Circle-48   youtube-bottom   Googleplus