samsung“Samsung” - mühafizə avadanlığının dünya bazarında ən sürətlə inkişaf edən brendlərindən biridir. “Samsung” şirkətinin mühafizə məhsulları geniş yayılmış distribütor şəbəkəsinin mövcudluğuna görə bütün ölkələrdə rahat əldə edilir. “Samsung”un apardığı elmi-araşdırma və təcrübə-konstruktor işləri şirkətə öz məhsul çeşidini əhəmiyyətli dərəcədə genişləndirməyə və müxtəlif obyektlərin təhlükəsizliyinin təminatı üzrə kompleks həllər təklif etməyə imkan vermişdir.

arqus-spektr

“Arqus-Spektr” firması – müxtəlif mürəkkəblik dərəcəsi olan obyektlər üçün mühafizə-yanğın cihazlarının və sistemlərinin, səsli xəbərdarlıq və yanğın avtomatikasının idarəedilməsi sistemlərinin, mühafizə-yanğın və həyəcan sinalizasiyası radiosistemlərinin, xəbərdarlıq göndərilməsi sistemlərinin, girişin nəzarəti və idarəedilməsi cihazlarının, inteqrə edilmiş komplekslərin hazırlanması və istehsalı üzrə ixtisaslaşmışdır. 

pojtexnika1995-ci ildə yaradılan şirkət kiçik ticarət-servis şirkətindən MDB ölkələri üzrə yanğından mühafizə vasitələrini istehsal edən ən böyük şirkətə qədər yol keçmişdir. Müxtəlif növ yanğınsöndürmə vasitələrini istehsal edən şirkət bununla bərabər, müştəri yönümlü  kompleks xidmətlər təqdim edir: mövcud texniki normativlərə uyğun olaraq yanğınsöndürmə vasitələrindən istifadə üzrə konsultasiya, əldə olunmuş məhsulların sifariş üzrə istehsalı, anbardan yüklənməsi, zəmanətin və zəmanət sonra xidmətin təqdim olunması, qüsurlu məhsulların  geri qəbulu.

siemensOn illər ərzində toplanmış ciddi iş təcrübəsi “Siemens” şirkəti barədə onun texnologiya və innovasiya dünyasında qaydaları müəyyən edən bir təşkilat olmasını iddia irəli sürməyə imkan verir. “Siemens” hal-hazırda 62000 qüvvədə olan patentin sahibidir. Şirkət daima keyfiyyət və ətraf mühitlə qarşılıqlı əlaqəsinin təmin edilməsi üçün bütün diqqətini ən yüksək avtomatlaşdırma səviyyəsi olan istehsal texnologiyalarına yönəltmişdir.

dalgic“Dalgıç Yangın” şirkəti yüksək keyfiyyətli yanğın əleyhinə və mühafizə sistemləri istehsal edir. “Dalgıç Yangın” şirkətinin məhsulları ölşü və çəkisi ilə digərlərindən fərqlənir. Məsələn, şirkətin məhsul çeşidi sırasında çəkisi təqribən 1 kq olan və avtomobildə istifadə üçün ideal yararlı olan odsöndürən vardır. Eyni zamanda, çeşiddə elə odsöndürənlər də vardır ki, sənaye müəssisələrində istifadə olunurlar. Onların çəkisi isə 250 kq-a yaxındır.

cofem-701973-cü ildə yaradılan şirkət yanğınsöndürmə vasitələrinin istehsalı və satışı ilə məşğul olur. Sahə liderləri  arasında öz mövqeyini möhkəmləndirən şirkət  öz milli təhlükəsizlik texnologiyasının istehsalını həyata keçirən yeganə şirkətdir. Çox illik təcrübə və daima inkişaf tendensiyası  Cofem şirkətinə məhsul və sistemlərini 4 kontinentə ixrac etmə imkanını verir.

tiso-70“TİSO” şirkətlər qrupu  təhlükəsizlik avadanlıqlarının istehsalı üzrə 20 illik təcrübəyə malikdir: bütün növ turniketlərin istehsalı, anti-taran sistemləri, qəza çıxış qapıları, yol sistemləri üzrə hərəkətin məhdudlaşdırılması avadanlıqları. Bütün məhsullar keyfiyyət, dizayn, təhlükəsizlik tələblərinə cavab verməklə, beynəlxalq standartlara uyğun şəkildə istehsal olunur. Şirkətin təqdim etdiyi məhsul və sistemlər 33-dən artıq ölkədə istifadə edilir:  Böyük Britaniya, Polşa, Rusiya, Estoniya, Litva, Bolqariya, Macarıstan, Portuqaliya, Anqola, İsrail, Liviya, İran və s.

BİZİMLƏ ƏLAQƏ

address Bakı ş.,  Zaur Kərimov 424, Bakı ş., Azərbaycan

phone (+994 12) 434 30 33 / (+994 12) 434 43 17 / (+994 50) 278 18 81

fax  info@arsenalfire.az

Facebook-Circle-48   youtube-bottom   Googleplus